Dünya çempionuna MLS-dən təklif
31.12.2023 - 16:47
"Tottenhem"in qapıçısı Uqo Loris İngiltərəni ABŞ-a dəyişə bilər.
Apasport.az xəbər verir ki, MLS-də çıxış edən "Los-Anceles" onu heyətinə qatmağa yaxındır.
Dünya çempionu bu mövsüm italyan futbolçu Vikario Quqlielmonun kölgəsində qalıb. 37 yaşlı qolkiper bu səbəbdən transferə isti yanaşır. Fransız oyunçunun İngiltərənin "Nyukasl" klubuna keçmək ehtimalı da var.
Qeyd edək ki, Loris “Tottenhem”də 444 qarşılaşmada iştirak edib, bunun 151-də qapını toxunulmaz saxlayıb.
- Viktor Valdes yenidən futbola qayıtdı - RƏSMİ
- Azərbaycan Basketbol Liqasında bu gün daha 2 qarşılaşma baş tutacaq
- Baş məşqçi: "Bu o demək deyil ki, “Şamaxı” autsayder olacaq"
- Federasiya prezidenti “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində
- İdmançılarımız Bolqarıstandan 3 qızıl medalla qayıdıb - FOTO
0
0