![Dünyanın ən bahalı 10 müdafiəçisi: İlk 2 pillədə "Siti" imzası](https://ww3.apasport.az/storage/news/2023/december/28/big/658d731724974658d7317249751703768855658d731724972658d731724973.webp)
Məşhur "Transfermarkt" portalı dünyanın ən bahalı 10 müdafiəçisinin adlarını açıqlayıb.
Apasport.az nəşrə istinadən xəbər verir ki, ilk 2 pilləni İngiltərənin "Mançester Siti" klubundan Yoşko Qvardiol və onun komanda yoldaşı Ruben Diaş bölüşdürür.
Hər iki oyunçunun qiyməti 80 milyon avro göstərilib. "Arsenal"dan Uilyam Saliba (75 milyon avro) isə 3-cü pillədə qərarlaşıb.
Almaniyanın "Bavariya" komandasından Alfonso Deyvis, İspaniya "Barselona"sından Ronald Arauxo, "Real"dan Eder Militao və İngiltərənin "Liverpul" kollektivindən Trent Aleksander-Arnold (hamısı 70 milyon avro) növbəti sıraları bölüşdürürlər.
"Bavariya"dan Mattiys De Liqt, İngiltərə təmsilçisi "Tottenhem"dən Kristian Romero və Fransa çempionu PSJ-dən Əşrəf Hakimi (hamısı 65 milyon avro) "10-luğ"u tamamlayırlar.