Dünyanın ən uzun penaltilər seriyası qeydə alındı
21.05.2024 - 13:19
![Dünyanın ən uzun penaltilər seriyası qeydə alındı](https://ww3.apasport.az/storage/news/2024/may/21/big/664c6747739ce664c6747739cf1716283207664c6747739cb664c6747739cd.jpeg)
İsrailin “Dimona” və “Şimşon Təl-Əviv” klubları arasında rekord qeydə alınıb.
Apasport.az xəbər verir ki, ikinci diviziona yüksəlmək üçün mübarizə aparan klublar matç heç-heçə bitincə 56 dəfə penatilərdən istifadə ediblər.
2:2 başa çatan qarşılaşmanın ardından qalib 11 metrlik zərbələrlə müəyyən edilib. Burada 23:22 hesablı qələbə qazanan “Dimona” ikinci liqaya yüksəlib.
Qeyd edək ki, indiyə qədər ən uzun penaltilər seriyası Namibiya liqasında “Palas” və “Sviks” arasında olmuşdu. 2005-ci ildə keçirilən oyunda tərəflər 48 dəfə penalty yerinə yetirmişdi.
0
0