Duqlas Kosta “Los Anceles Qalaksi”dən ayrılır
24.10.2023 - 11:11
![Duqlas Kosta “Los Anceles Qalaksi”dən ayrılır](https://ww3.apasport.az/storage/news/2023/october/24/big/65376688d225c65376688d225d169812954465376688d225a65376688d225b.png)
Braziliyalı futbolçu Duqlas Kosta “Los Anceles Qalaksi”dən ayrılmağa qərar verib.
Apasport.az xəbər verir ki, cənubi amerikalı karyerasını Səudiyyə Ərəbistanında davam etdirməkdə maraqlıdır.
Bunu klubun idman direktoru Qreq Vanni açıqlayıb: “Kluba verdiyi əməyə görə Duqlasa təşəkkür edirik. Yeni müqavilə təklif etməyəcəyik. Ona və ailəsinə növbəti karyerasında uğurlar arzulayırıq”.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2024-cü ildə sona çatacaq.
0
0