“Əl-Hilal”dan Vinisiusa 1 milyardlıq təklif 
28.01.2025 - 19:54
“Əl-Hilal”dan Vinisiusa  1 milyardlıq təklif 

Səudiyyə Ərəbistanı klubu Əl-Hilal heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, komanda “Real Madrid”in forvardı Vinisius Junioru transfer etmək istəyir.

Ərəbistanı təmsilçisi bu keçid üçün İspaniya klubuna 300 milyon, futbolçuya isə illik 200 milyon avro olmaqla 5 illik müqavilə təklif etməyə hazırlaşır.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xatırladaq ki, Braziliya millisinin üzvü “Real”a 2018-ci ildə “Flamenqo”dan  45 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, hücumçu bu mövsüm “kral klubu”nun heyətində iştirak etdiyi 26 matçda 16 qol, 10 assistlə yadda qalıb.