Emre Belözoğlu Çempionşip komandasında çalışa bilər
16.05.2025 - 15:48

Ruben Selleslə yollarını ayıran "Hall Siti" baş məşqçi postuna axtarışları davam etdirir.
Apasport.az xəbər verir ki, Çempionşip təmsilçisini çalışdırmağa ən real namizədlərdən biri Emre Belözoğludur.
"Hall Siti"nin sahibi türk iş adamı Acun Ilıcalı 44 yaşlı mütəxəssisi komandanın baş məşqçisi kimi görmək istəyir.
Qeyd edək ki, Emre Belözoğlu yanvar ayından "Antalyaspor"u çalışdırır. Onun Super Liqa klubu ilə müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub.
0
0