
Super Liqa klublarından "Antalyaspor"un baş məşqçisi Emre Belözoğlu komandadan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə mütəxəssis özü sosial media hesabında paylaşım edib.
Belözoğlu paylaşımında "Antalyaspor" rəhbərliyinə, oyunçulara, klub işçilərinə və azarkeşlərə təşəkkür edib:
“Gəldiyim gündən bu günə qədər göstərilən sevgi və diqqətin mənim üçün çox xüsusi bir yeri olacaq. Mövsüm ərzində məhdud imkanlarımıza baxmayaraq, komandamla birlikdə ən yaxşı mübarizəni göstərdik və nəticə əldə etdik. Yeni mövsüm üçün dərhal planlaşdırma işlərinə başlamışdıq. Ancaq hazırkı vəziyyət, gələcək mövsümdə vəzifəmi davam etdirməyimi mümkün etmədi və bu səbəblə ayrılmaq qərarı verdim.”