Emreli fərqləndi, komandası qələbə qazandı - VİDEO
15.03.2026 - 20:53
Emreli fərqləndi, komandası qələbə qazandı - VİDEO

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” bu gün II Bundesliqada növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, doğma meydanda “Karlsrue”ni qəbul edən "Kayserslautern" 3:0 hesablı qələbə qazanıb.

Emreli matçın 83-cü dəqiqəsində meydana daxil olub və 90+4-cü dəqiqədə komandasının 3-cü qolunu vurub.

Qeyd edək ki, “Kayzerslautern” turnir cədvəlində 40 xalla 7-ci pillədə yer alıb.