![Ən çox maaş alan məşqçi ilə daha 2 illik müqavilə](https://ww3.apasport.az/storage/news/2023/september/19/big/6509760488eb66509760488eb716951188526509760488eb46509760488eb5.png)
Madrid "Atletiko"su baş məşqçi Dieqo Simeone ilə müqaviləni uzatmaq qərarına gəlib.
Apasport.az saytı xəbər verir ki, paytaxt klubu 53 yaşlı argentinalıya 2 illik müqavilə təklif edəcək.
Klub rəhbərliyi oktyabrda milli komandaların oyunları üçün yaranan fasilə zamanı məşqçi ilə danışıqlar aparmaq istəyir.
2011-ci ildən komandaya rəhbərlik edən mütəxəssisin Madriddə qalmağa razı olduğu və bu səbəbdən də yeni müqavilənin imzalanmasına qarşı çıxmadığı bildirilir.
Qeyd edək ki, ən çox maaş alan baş məşqçi ünvanının sahibi Dieqo Simeonenin “Atletiko” ilə müqaviləsi bu mövsümün sonuna kimidir.
- “Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb - YENİLƏNİB
- Andrey Popoviç: “Qriqorçuka "Neftçi"ni tam formalaşdırmağa icazə versələr, nəticə göstərəcək” - MÜSAHİBƏ
- Suarez milli ilə vidalaşdı, göz yaşlarını saxlaya bilmədi
- Qurban Qurbanov: "Onlar qalib gəlibsə, demək bizdən üstün idilər"
- Rahid Əmirquliyev: "Milli əvvəldən belə oynasaydı, qrupdan da çıxardıq" - Müsahibə