![Ən çox qazanan idmançılar bəlli olub](https://ww3.apasport.az/storage/news/2025/february/13/big/67ae31a148ffc67ae31a148ffd173946921767ae31a148fe367ae31a148ffb.jpeg)
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2024-cü ilin nəticələrinə görə ən çox qazanan idmançı olub.
Apasport.az xəbər verir ki, bu barədə "Sportico" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanı çempionatında çıxış edən 40 yaşlı futbolçu ötən il 260 milyon dollar qazanıb.
Reytinqdə ikinci yeri basketbolçu Stiven Karri (153,8), üçüncü yeri isə boksçu Tayson Fyuri (147) tutub.
Argentinalı futbolçu Lionel Messi isə, 135 milyon dollarla 4-cü sırada yer alıb.
Sıralama bu şəkildədir:
1- Kriştiano Ronaldo | 260 milyon dollar
2- Stefen Karri | 153.8 milyon dollar
3- Tayson Fyuri | 147 milyon dollar
4- Lionel Messi | 135 milyon dollar
5- Lebron Ceyms | 133.2 milyon dollar
6- Neymar | 133 milyon dollar
7- Aleksandr Yusk | 122 milyon dollar
8- Kərim Benzema | 116 milyon dollar
9- Kilian Mbappe | 110 milyon dollar
10- Con Rahm | 105.8 milyon dollar