![Ən çox qazanan MƏŞQÇİLƏR](https://ww3.apasport.az/storage/news/2022/november/01/big/6360da8871e3d6360da8871e3e16672917846360da8871b716360da8871e3a.jpg)
İtaliyada ən çox qazanan məşqçilərin adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya “Yuventus”un baş məşqçisi Massimiliano Alleqeri başçılıq edir.
Onun illik məvacibi 9 milyon avrodur. İkinci yerdə 7 milyon avro ilə “Roma”nın çalışdırıcısı Joze Mourinyo qərarlaşıb. “İnter”in baş məşqçisi Simone İnzaginin illik qazancı 4 milyon avrodur. “Milan”a ötən mövsüm A seriyası çempionluğunu qazandıran Stefano Pioli isə 3,5 milyon avro ilə 4-cü sırada qərarlaşır.
A seriyasına başçılıq edən “Napoli” və ikinci sıradakı “Atalanta”nın baş məşqçiləri Luçano Spalletti ilə Canpyero Qasperininin məvacibi adları sadalanan məşqçilərdən qat-qat aşağıdır.