En-Nesri “Fənər”in tarixinə düşdü
03.03.2025 - 00:24
Türkiyə Super Liqasının XXVI turu çərçivəsində "Fənərbaxça" "Antalyaspor"u 3 cavabsız qolla məğlub edib.
Apasport.az xəbər verir ki, sonuncu qolu "sarı-lacivərdlilər"in heyətində mərakeşli forvard Yusif En-Nesri vurub.
Ardıcıl 6 ev matçında fərqlənən forvard bu nəticə ilə İstanbul təmsilçisinin tarixinə düşüb.
Xatırladaq ki, sonuncu dəfə bu seriyanı "Fənər"in ulduz futbolçusu Aleks De Souza 19 il əvvəl (2006) bacarmışdı.
Qeyd edək ki, Yusif bu mövsüm Super Liqa təmsilçisinin heyətində çıxış etdiyi 39 rəsmi qarşılaşmada 26 qol, 5 assistlə yadda qalıb.
- Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatasının 2-ci günündə idmançılarımızdan 3 medal
- Qurban Qurbanov: "Qarşıdakı rəqibə həmişə dəyər vermək lazımdır"
- "Əl-Hilal" seneqallı müdafiəçi ilə müqavilə yeniləyib
- "Neftçi" heyətini yeni qapıçı ilə gücləndirib
- "Ferentsvaroş"un futbolçusu: “Əsas odur ki, öz oyunumuzu oynayaq”
0
0