Ərəblər Obameyanqı da aparır
13.06.2023 - 12:20
![Ərəblər Obameyanqı da aparır](https://ww3.apasport.az/storage/news/2023/june/13/big/648826fd5e3e2648826fd5e3e31686644477648826fd5e3e0648826fd5e3e1.png)
Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, "Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq da ərəblərin diqqət mərkəzinə düşüb.
Yarımadanın dörd komandası 33 yaşlı qabonluya eyni vaxtda elçi düşüblər. Londonlularla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulan forvardın klubdakı durumundan narazı olduğu bildirilir. Ehtiyatda oturmaq istəməyən Obameyanqın təklifi qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, Obameyanq ötən mövsüm 21 oyunda 3 dəfə fərqlənməyi bacarıb.
0
0