PSJ-nin futbolçusu Marko Veratti karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, “Əl-Hilal” və “Əl-Əhli” klubları PSJ-nin 30 yaşlı yarımmüdafiəçisi uğrunda mübarizə aparırlar.
Verratti "Əl-Hilal"a keçmək istəsə də, Paris klubunun prezidenti Nasser Əl-Xelaifi futbolçunun komandadan ayrılmasını istəmir. İsrarlarına davam edən ərəblər isə italiyalının transferi qarşılığında qarşı tərəfə 50 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, 2012-ci ilin yayından paytaxt klubunun heyətinə qatılan Marko son mövsümdə 38 matçda iştirak edərək, bir dəfə fərqlənə bilib.
- “Formula-2”: Sprint yarışları üzrə Azərbaycan Qran-Prisi - FOTOLENT
- Messi və Neymardan sonra PSJ-də maddi böhran
- Konfrans Liqası: "Başakşehir"dən qələbə, “Fiorentina”dan darmadağın - YENİLƏNİB
- Paris-2024: Nigeriyalı boksçu Olimpiadadan uzaqlaşdırılıb
- Haiti yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb