Ərəblərdən Osimhenə 45 milyonluq təklif
17.05.2025 - 17:17
İcarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, nigeriyalı hücumçu Asiya ölkəsindən sərfəli təklif alıb.
Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu Osimhenə illik 45 milyon avro maaş təklif edib. 26 yaşlı forvard gələcəyi ilə bağlı qərarını yayda verəcək.
Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümün əvvəlində "Napoli"dən icarəyə götürüb. Nigeriya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 35 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Seneqallı forvard “Çelsi”ni tərk edə bilər
- Azərbaycan Kuboku: “Turan Tovuz” II Liqa klubunu darmadağın etdi - YENİLƏNİB
- Qurban Qurbanova “Şöhrət” ordeni təqdim olundu
- Azərbaycanın U-17 millisinin iki mərhələli təlim-məşq toplanışı olacaq
- Saşa Yunisoğlu: “Səbirsizliklə Çempionlar Liqasında çıxış etməyi gözləyirik" - Müsahibə
0
0