Ərəblərdən Xaviyə təklif var
25.05.2025 - 14:22

“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandez karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Apasport.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Əl-Əhli”dən rəsmi təklif alıb.
Komandanı hazırda Matias Jaissle çalışdırsa da, klub cari çempionat başa çatdıqdan sonra məşqçini dəyişməyi ciddi şəkildə düşünür.
2024-cü ilin iyununda “Barselona”dan ayrılan Xavi o vaxtdan bəri işsizdir. Onun rəhbərliyi altında Kataloniya komandası La Liqa və İspaniya superkubokunun qalibi olub.
0
0