Ərəblərdən Zidana 120 milyonluq təklif
17.04.2023 - 19:39
![Ərəblərdən Zidana 120 milyonluq təklif](https://ww3.apasport.az/storage/news/2023/april/17/big/643d443ee427c643d443ee427d1681736766643d443ee427a643d443ee427b.jpg)
Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”ın baş məşqçisi postuna əsas namizəd bəlli olub.
Apasport.az saytının məlumatına görə, Rudi Qarsiyanı istefasından sonra çalışdırıcı axtarışına çıxan Səudiyyə Ərəbistanı klubu Zinəddin Zidanın gətirilməsində maraqlıdır.
Fransalı mütəxəssisə 2 ilik müqavilə təklif olunması planlaşdırılıb. Zidan bu təklif qəbul etsə, 120 milyon avro qazanacaq. Mütəxəssisin nümayəndələri bu varianta münasibət bildirməyib.
Qeyd edək ki, “Əl-Nəsr” Zidan variantından əvvəl Joze Mourinyo ilə müqavilə bağlamaq fikrində idi.
0
0