
Sven-Yoran Eriksson məşqçilik karyerasını bitirib.
Apasport.az saytı xəbər verir ki, bunu 75 yaşlı isveçli mütəxəssisin özü açıqlayıb.
Səhhəti ilə bağlı işinə son verdiyini bildirən Eriksson sağlamlığına və ailəsinə diqqət yetirmək arzusundadır: “Futbol ictimaiyyətinə və dostlarıma dəstək, anlayış və şəxsi həyatıma hörmət etdikləri üçün təşəkkür etmək istərdim".
Qeyd edək ki, zəngin məşqçi karyerasına malik olan isveçli İngiltərə, Fil Dişi Sahilləri və Meksika milli komandalarında, "Mançester Siti", “Lester”,"Latsio", “Benfika” və "Roma" kimi klublarda baş məşqçi işləyib. O, son vaxtlar ölkəsinin üçüncü divizionunda çıxış edən “Karlstad”da idman direktoru vəzifəsində çalışırdı.
- “Lənkəran”nın baş məqşçisi: “İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur”
- Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI
- Təyyarə qəzasında həlak olan 13 yaşlı futbolçu ilə vida mərasimi keçirilib - FOTO
- “Beşiktaş”da Osayi-Samuel problemi: TRANSFER DAYANDIRILDI
- Qurban Qurbanov: "Neftçi"yə qarşı hamı istəkli oynayır"