Ermənistan millisi baş məşqçisiz qaldı
29.09.2022 - 17:18
![Ermənistan millisi baş məşqçisiz qaldı](https://ww3.apasport.az/storage/news/2022/september/29/big/63359b4fe05f363359b4fe05f4166445755163359b4fe05f163359b4fe05f2.jpg)
Ermənistan milli komandası baş məşqçisiz qalıb.
Apasport.az saytının məlumatına görə, Ermənistan Futbol Federasiyası və Xoakin Kaparros arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Buna yığmanın Millətlər Liqasındakı uğursuzluğu səbəb olub. B liqasında qrup sonuncusu olan komanda C divizionuna yuvarlanıb.
Qeyd edək ki, 67 yaşlı ispaniyalı mütəxəssis 2020-ci ilin martından Ermənistan millisini çalışdırırdı. Yığma məhz onun rəhbərliyi altında ötən mövsüm Millətlər Liqasının B liqasına yüksəlmişdi.
0
0