Evanilson Çempionlar Liqasının ən yaxşısı oldu
27.10.2023 - 21:41
![Evanilson Çempionlar Liqasının ən yaxşısı oldu](https://ww3.apasport.az/storage/news/2023/october/27/big/653be3133dc2d653be3133dc2e1698423571653be3133dc2b653be3133dc2c.jpg)
Çempionlar Liqasında III turun ən yaxşı oyunçusu müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, “Portu”nun futbolçusu Evanilson fərqlənib.
Braziliyalı futbolçu Evanilson “Antverpen”lə oyunda “het-trik”lə yadda qalıb. Mükafata “Arsenal”dan Qabriel Jezus, “Feyenoor”dan Sanyaqo Ximenes və “Leyptsiq”dən David Raum da iddialı olub.
Avropa Liqasında turun oyunçusu Vincentso Qrifo seçilib. “Frayburq”un yarımmüdafiəçisi “Baçko-Topolo” ilə oyunda üç qol vurub.
0
0