Fabreqas “Monako”dan ayrıldı
18.06.2022 - 13:54
İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas “Monako”dan ayrılıb.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Fabreqas 2019-cu ilin yanvarından şərəfini qoruduğu Liqa1 klubundan ayrıldığını açıqlayıb. “Arsenal”, “Çelsi” və “Barselona”nın sabiq oyunçusu karyerasını hələ başa vurmayacağını bildirib.
Qeyd edək ki, “Monako” 2021/22 mövsümündə Fransa Liqa 1-ni 3-cü pillədə başa vurub.
- Azər Bağırov sabiq futbolçusunu komandasında görmək istəyir
- "Fənər"də 2 itki birdən: Cavab matçında iştirak etməyəcəklər
- Şeşko uğrunda mübarizə: "Arsenal" 1 addım öndə
- Azərbaycanın boks milliləri bu ilin ilk təlim-məşq toplanışına start veriblər
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ
0
0