Fabreqas özünə klub tapdı
25.07.2022 - 09:50
İspaniya milli komandasının sabiq futbolçusu Sesk Fabreqasın yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını İtaliya B seriyasında davam etdirəcək.
35 yaşlı futbolçu “Komo” klubuna keçəcək. Tərəflər arasında şifahi razılıq əldə olunub.
İspan futbolçu gələn ay İtaliyaya yollanaraq tibbi müayinədən keçməlidir. Sesk yeni komandası ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Fabreqasın son klubu “Monako” olub.
- Abdullah Avcı Kimdir? Azərbaycan Millisinin Baş Məşqçisi Postuna Namizədin Həyat Yolu
- "Mingəçevir"in baş məşqçisi: "Heç kəs belə bir şəxsin kluba gələcəyini demir" - MÜSAHİBƏ
- Serbiya millisinin üzvü "Fənərbaxça"da
- Millimiz tarixinin ən yaxşı nəticəsinə imza atdı: Dünya üçüncüsü oldu
- "Trabzonspor"dan növbəti qələbə
0
0