Fariolidən "Alanyaspor"a jest - İlk şansını verən prezidenti unutmadı
20.06.2026 - 02:02
Fariolidən "Alanyaspor"a jest - İlk şansını verən prezidenti unutmadı

İtaliyalı mütəxəssis Françesko Farioli "Alanyaspor"un prezidenti Hasan Çavuşoğlunu ziyarət edib.

Apasport.az xəbər verir ki, hazırda "Portu"nu çalışdıran 37 yaşlı məşqçi səhhətində problem yaşayan klub rəhbərinə keçmiş olsun diləklərini çatdırıb.

Farioli görüş zamanı bunları deyib:

"Sizi çox yaxşı gördüm. Güclü insansınız. Ümid edirəm ki, ən qısa zamanda minifutbolda vurduğunuz qolları yenidən sosial mediada görəcəyik. İllər sonra bura qayıtmaq, gördüyümüz işləri xatırlamaq və sizinlə bir arada olmaq mənim üçün çox önəmlidir. Bu günlərə gəlməyimizdə sizin böyük payınız var. O vaxt mənə inandınız və həmin vizyonu bizə qazandırdınız. Beş ildən sonra ilk dəfə tətilə çıxdım və sizi görməyə gəldim".

Qeyd edək ki, Françesko Farioli məşqçilik karyerasına qapıçı məşqçisi kimi başlayıb. O, sonradan Roberto De Zerbinin məşqçilər korpusunda yer alıb,

2020-ci ildə “Alanyaspor”da köməkçi məşqçi kimi çalışıb. Farioli peşəkar səviyyədə ilk baş məşqçilik təcrübəsini isə 2021-ci ildə “Fatih Karagümrük”də yaşayıb.