Fati motosikletçini vurdu
14.11.2022 - 17:36
“Barselona”nın futbolçusu Ansu Fati qəza törədib.
Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının hücumçusu avtomobili ilə motosikleti vurub.
Hadisə Barselonada baş verib. Fati avtomobilini park edərkən yaxınlığından keçən motosikletçiyə dəyib. Zərərçəkəndə sınıq aşkarlanıb. Onu xəstəxanaya qədər müşayiət edən 20 yaşlı futbolçu qarşıdakı bir həftə ərzində onun durumu ilə maraqlanacağını vəd edib.
Qeyd edək ki, Ansu İspaniya millisinin Qətərdəki DÇ-2022-də iştirak edəcək yekun heyətində yer alıb.
- Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı olacaq
- "Sabah"ın baş məşqçisi: "Məsuliyyəti üzərimə götürürəm"
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
- PSJ-nin istədiyi yarımmüdafiəçi
- Futzal üzrə ölkə çempionatlarının püşkü atılıb
0
0