Yunanıstan Super Liqasının 24-cü həftəsində "Panatinaikos" turnirin autsayderi "Kifisiya" (1:1) qarşılaşıb.
Apasport.az xəbər verir ki, Fatih Terimin komandasının autsayderi məğlub edə bilməməsi azarkeşlər arasında səs-küyə səbəb olub.
Bir çox "Panatinaikos" azarkeşləri "liqa artıq bitdi" şərhini yazsa da, bəzi azarkeşlər "Hər halda bu, İvan Yovanoviçin günahıdır", - deyə istehza ilə qeyd ediblər.
Bəzi azarkeşlər Terimi yola salıb Yovanoviçi geri gətirilməsini istəsələr də, bəziləri prezident və Terimin eyni vaxtda istefa verməli olduğunu bildirib.
Qeyd edək ki, təcrübəli çalışdırıcı Yunanıstan Super Liqasında son 2 matçda qalib gələ bilməyib.
- Elnur Cəfərov: "I Liqada Azərbaycan futboluna xeyir verə biləcək futbolçular var"
- Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatına start verilib
- “Barsa” çempionata qələbə ilə start verib
- Yığmamızın iki futzalçısı “Iphone” gətirərkən saxlanıldı
- De Bruyne Səudiyyə Ərəbistanında çıxış edə bilər