Fatih Terimin komandası azarkeşlərə hədiyyə paylayacaq
31.12.2024 - 14:38
![Fatih Terimin komandası azarkeşlərə hədiyyə paylayacaq](https://ww3.apasport.az/storage/news/2024/december/31/big/6773156c03fe26773156c03fe317355953726773156c03fe06773156c03fe1.jpg)
Fatih Terimin baş məşqçisi olduğu "Əl-Şabab" azarkeşlərinə hədiyyələr paylayacaq.
Apasport.az xəbər verir ki, "ağ-qara" komanda matçlara daha çox azarkeş cəlb etmək üçün lotereya keçirmək qərarına gəlib.
"Əl-Şabab" rəhbərliyi püşkatma yolu ilə azarkeşlərə avtomobil, 3 telefon, 2 tablet, "İmperator Fatih Terim" imzalı 20 forma, Fatih Terim və futbolçularla görüşmək və klub muzeyini gəzmək üçün 20 bilet hədiyyə edəcək.
Qeyd edək ki, Terimin komandası Səudiyyə Ərəbistanı Liqasında 23 xalla 6-cı pillədə qərarlaşıb.
0
0