Fatih Terimli "Panatinaikos" finala yüksəldi
22.02.2024 - 00:16
![Fatih Terimli "Panatinaikos" finala yüksəldi](https://ww3.apasport.az/storage/news/2024/february/22/big/65d65a296cebb65d65a296cebc170854660165d65a296ceb865d65a296ceba.jpg)
Futbol üzrə Yunanıstan Kubokunda bu gün yarımfinal oyunu keçirilib.
Apasport.az xəbər verir ki, ötən həftə səfərdə PAOK"u 1:0 məğlub edən "Panatinaikos" bu dəfə cavab oyununda rəqibini sınağa çəkib.
Normal vaxtı 1:2 qonaqların xeyrinə bitən görüşün taleyinə oyunsonrası penalti zərbələri ilə aydınlıq gəlib.
Penalti zərbələrində rəqibindən daha dəqiq olan Fatih Terimin yetirmələri adını finala yazdırmağı bacarıb.
0
0