
FIFA Panama Futbol Federasiyasının (FPF) prezidenti Manuel Ariası vəzifəsinin icrasından uzaqlaşdırıb.
Apasport.az xəbər verir ki, buna səbəb onun qadınlardan ibarət milli komandanın futbolçusunu təhqir etməsi olub.
Federasiya rəhbəri altı ay müddətinə diskvalifikasiya olunub və təxminən 11 min dollar məbləğində cərimələnib.
Ötən ilin martında yarımmüdafiəçi Marta Koks Panama qadın futbol liqasını tənqid edib. Bundan sonra Panama Futbol Federasiyasının prezidenti müsahibəsində onu kök adlandırıb.
Federasiyanın açıqlamasında bildirilir ki, Manuel Arias idmançıdan üzr istəyib və ciddi səhvə yol verdiyini etiraf edib.
- Qurban Qurbanov - 51! “Nə olardı, iki il, üç il də yaşayardı, mən tam başqa cür olardım” - VİDEO
- Əlcəzair millisinin sabiq yarımmüdafiəçisi “Qarabağ” üçün Bakıda
- PSJ rəhbərliyi klub müşavirindən narazıdır
- Cavadov: "Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar"
- “Mançester Yunayted”də 4 MÜQAVİLƏ