Federasiyanın sabiq prezidentinə 3 illik cəza
30.10.2023 - 17:42
![Federasiyanın sabiq prezidentinə 3 illik cəza](https://ww3.apasport.az/storage/news/2023/october/30/big/653fa79209ca5653fa79209ca61698670482653fa79209ca3653fa79209ca4.png)
İspaniya Futbol Federasiyasının sabiq prezidenti Luis Rubialesin cəzası bəlli olub.
Apasport.az xəbər verir ki, futbol funksioneri 3 illik diskvalifikasiya alıb.
Buna Rubialesın qadınlardan ibarət millinin futbolçusu Cenni Ermosonu öpməsi səbəb olub. FİFA-nın İntizam Komitəsi onun 3 il ərzində futbolla bağlı fəaliyyətinə qadağa qoyub.
Qeyd edək ki, Rubilales qadınlar arasında dünya çempionatının finalında İspaniyanın İngiltərə üzərində 1:0 hesablı qələbəsindən sonra Ermosonu öpdükdən sonra öncə 90 gün müddətinə diskvalifikasiya edilmişdi.
0
0