“Fənər” “Əl-Nəsr”in ulduz futbolçusu ilə maraqlanır
30.05.2025 - 01:34
“Fənər” “Əl-Nəsr”in ulduz futbolçusu ilə maraqlanır

"Əl-Nəsr"in ulduz futbolçusu Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Fənərbaxça" seneqallı vingeri transfer etmək istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddialara görə, "sarı-lacivərdlilər" 33 yaşlı futbolçu ilə danışıqlara başlayacaq.

Xatırladaq ki, "Əl-Nəsr" Sadio Maneni 2023-cü ilin avqust ayında "Bavariya"dan transfer edib.

Saneqal millisinin üzvü bu mövsüm komandasının heyətində meydana çıxdığı 47 rəsmi matçda 18 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.