"Fənərbağça" "Everton"dan futbolçu alır
12.09.2023 - 12:25
"Fənərbağça" İngiltərə Premyer Liqasından futbolçu alır.
Apasport.az saytı xəbər verir ki, İstanbul klubu "Everton"un yarımmüdafiəçisi Andre Qomeşə elçi düşüb.
Klub rəhbərliyi 30 yaşlı portuqaliyalının transferi üçün ingilislərlə danışıqlara başlayıb. 2019-cu ildən "Everton"da çıxış edən Qomeş ötən mövsümü "Lill"də icarə əsasında keçirib. Fransa komandası ilə 27 matçda iştirak edən futbolçu 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, qardaş ölkədə transfer pəncərəsi sentyabrın 15-də bağlanacaq.
- Menecer: “Qarabağ”ın “transfermarkt”dakı qiymətinə baxanda təəccübləndim”
- Azərbaycan millisi Polşaya qalib gəldi
- 5 boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
- “Araz-Naxçıvan” “Neftçi” səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycan Karate Federasiyası "Apasport" İdman Agentliyini mükafatlandırıb
0
0