Son olaraq “Flamenqo”ya rəhbərlik edən Filipe Luis karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 40 yaşlı mütəxəssislə “Fənərbaxça” yaxından maraqlanır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin iddiasına görə, braziliyalı çalışdırıcıya uyğun büdcə və uzunmüddətli layihə təklif ediləcəyi təqdirdə, o, İstanbul təmsilçisinin təklifinə müsbət yanaşa bilər.
Xatırladaq ki, “sarı-lacivərdlilər” Domeniko Tedeskonu baş məşqçi təyin etməzdən əvvəl də Filipe Luislə danışıqlar aparmışdı. Lakin o, həmin vaxt “Flamenqo”ya rəhbərlik etdiyi üçün bu keçid baş tutmamışdı.