"Fənərbaxça" Bundesliqa klubunun futbolçusunu istəyir
10.09.2024 - 14:19
!["Fənərbaxça" Bundesliqa klubunun futbolçusunu istəyir](https://ww3.apasport.az/storage/news/2024/september/10/big/66e01b61c9cc966e01b61c9cca172596310566e01b61c9cc766e01b61c9cc8.jpg)
Süper Liqa təmsilçisi “Fənərbaxça” daha bir legioner ilə heyətini gücləndirəcək.
Apasport.az xəbər verir ki, “sarı-göylülər” “Hoffenhaym”da çıxış edən Umut Tohumcunu transfer etmək istəyir.
Bundesliqa klubu 20 yaşlı futbolçunun keçidindən 7 milyon avro qazanmaq istəyir.
"Fənərbaxça"nın bu məbləği azaltmağa çalışdığı bildirilib.
Ötən mövsüm Bundesliqada 20 matçda meydana çıxan Tohumcu 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0