"Fənərbaxça" Çağlar Söyüncü transferini açıqladı
29.01.2024 - 15:18
"Fənərbaxça" Çağlar Söyüncü transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi sosial media hesabında paylaşım edib.
İstanbul nəhəngindən verilən açıqlamada futbolçunun transferi üçün Madrid “Atletiko”su ilə razılığa gəlindiyi bildirilib:"Klubumuz müdafiəçi Çağlar Söyüncünün icarə transferi üçün Atletico Madrid və özü ilə razılığa gəldi. Milli oyunçu 2023-24 mövsümünün sonuna qədər "Fənərbaxça" formasını geyinəcək".
Qeyd edək ki, 27 yaşlı müdafiəçi bu mövsüm Madrid komandasının heyətində 9 oyuna çıxıb, fərqlənə bilməyib.
- Birinci Liqanın oyunları bu kanallarda
- Hidayət Heydərov və millimizin baş məşqçisi mükafata namizədlər sırasındadır
- Aqil Nəbiyev: “Məqsəd futbolçuların inkişafına nail olmaqdır”
- Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
- Azərbaycan Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək
0
0