!["Fənərbaxça" çempionluq yarışında ağır zərbə aldı](https://ww3.apasport.az/storage/news/2024/april/22/big/6626b71d8902e6626b71d8902f17138132776626b71d8902c6626b71d8902d.jpg)
Futbol üzrə Türkiyə Superliqasının 33-cü turuna yekun vurulub.
Apasportun xəbərinə görə, turun son oyun günündə "Fənərbaxça" səfərdə "Sivasspor"la qarşılaşıb.
Çempionluq yolunda kritik sayılan matçda qalib müəyyənləşməyib: 2:2.
"Fənərbaxça" son dəqiqələrə 2:1 üstünlüklə girsə də, 90+4-cü dəqiqədə "Sivasspor" penalti zərbəsini qola çevirməklə 1 xal qazanıb.
Beləliklə, çempionluq yarışında vacib 2 xal itirən "sarı-lacivərdlilər" lider "Qalatasaray"ın 4 xal gerisinə düşüb.
Qeyd edək ki, "Fənərbaxça"nı növbəti tur, yəni, aprelin 27-si "Beşiktaş"la derbi matçı gözləyir.
Lider "Qalatasaray" isə aprelin 26-sı Adana səfərinə yollanacaq. "Sarı-qırmızılılar" "Adana Demirspor"un qonağı olacaq.