
Super Liqa təmsilçilərindən "Fənərbaxça" İsmail Kartalla bağlı iddiaları təkzib edib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdli" klubun sosial media hesabından edilən paylaşımda Ali Koçun Kartalla görüşmədiyi bildirilib:
"Ekol TV" adlı televiziya kanalında Onur Yıldız adlı şəxsin prezidentimizlə bağlı "eşitdim" dediyi iddialar və prezidentimizin keçmiş baş məşqçimiz İsmail Kartala "heç bir komanda ilə razılaşmayın, gözləyin" iddiaları tamamilə yalandır.
İctimaiyyətdən xahiş edirik ki, bu və buna bənzər qeyri-real bəyanatlara diqqət etməsinlər".
Qeyd edək ki, ötən gün televiziya aparıcısı Onur Yıldız Ali Koçun İsmail Kartala "heç bir klubla anlaşma" dediyini iddia edib.
- İtaliya klubunun baş direktoru vəfat etdi
- Qurban Qurbanov: "Hakimin rəqibə simpatiyası hiss olunurdu"
- Lukas Merino: "Hər şey ani baş verdi" - VİDEO
- Junior Martins: “Biz hamımız bir olub, məqsədimizə çatdıq“ - MÜSAHİBƏ
- Tamaş Petyo: "İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər"