"Fənərbaxça" kapitanı ilə müqavilə yenilədi
21.06.2024 - 15:31
Super Liqa təmsilçilərindən "Fənərbaxça" ötən mövsüm "Fatih Karagümrük"də forma geyinəm Levent Mercan ilə razılıq əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
"Sarı-lacivərdli" klubdan verilən açıqlamada bildirilib ki, Levent Mercanla 4 illik müqavilə imzalanıb.
Açıqlamanın davamında Mert Hakan Yandaşla müqavilənin yeniləndiyi bildirilib. Klub kapitanı ilə 2 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Mert Hakan 2017-ci ildə "Sivasspor"dan "Fənərbaxça"ya keçib.
- "Neftçi"nin təlim-məşq toplanışı davam edir
- Qadınlardan ibarət millimiz İsveçrəyə uduzub
- Mahmud Qurbanov: "Həm Tallində, həm də Bakıda millimizdən qələbə gözləyirəm"
- Azərbaycanla Türkiyənin Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
- Olimpiya ikincisi Qaşım Maqomedovla xüsusi reportaj - VİDEO
0
0