“Fənərbaxça” “Milan”ın hücumçusu Kristofer Nkunku ilə ciddi maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul klubu fransalı futbolçunun transferi üçün 30–35 milyon avro aralığında məbləğ təklif etməyə hazırdır.
Klub Nkunku ilə bağlı iki variantı nəzərdən keçirir. Bunlardan biri 26 yaşlı forvardın icarəyə götürülməsi, gigəri isə onun tamhüquqlu transfer etməkdir.
Fransa millisinin üzvü İngiltərə Premyer Liqası və Almaniya Bundesliqası klublarının da diqqət mərkəzindədir.
Qeyd edək ki, Nkunkunun “Milan”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. O, cari mövsümdə bütün turnirlərdə 15 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
- "Siti" "Bavariya"nı böyük hesabla yendi, "İnter" Lissabonda qələbəyə sevindi
- “Qəbələ” rəqibini meydana çıxmağa peşman etdi - 20:0!
- Messi qalib oldu, Ronaldo ən yaxşı seçildi - VİDEO
- “Qəbələ” üçün 15 əcnəbi – “Fehervar”ın iştirak ərizəsi
- “İnter” Kontedən sonra ilk dəfə A Seriyasında ardıcıl 9 qələbə qazanıb