Türkiyə Super Liqasında 2024-2025 mövsümünün ilk turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, turun 2-ci oyun günündə 3 qarşılaşma baş tutub.
Günün ilk matçında "Kasımpaşa" "Konyaspor"la üz-üzə gəlib. Bol qollu keçən oyundan qonaqlar qalib ayrılıb: 3:2.
Saat 22:45-də baş məşqçi postuna sabiq braziliyalı futbolçu Aleks De Souzanı gətirən "Antalyaspor" İzmir təmsilçisi "Göztəpə"ni qəbul edib. Oyun elə başladığı kimi də başa çatıb: 0:0.
Günün mərkəzi matçında isə "Fənərbaxça" doğma meydanda "Adana Dəmirspor"la qarşı-qarşıya gəlib.
Joze Mourinyonun rəhbərliyi altında liqada ilk oyununa çıxan İstanbul təmsilçisi Edin Cekonun vurduğu yeganə qolla görüşdən qalib ayrılıb: 1:0.
Xatırladaq ki, mövsümün açılış matçında "Qalatasaray" "Rams Park"da "Hatayspor"u 2:1 hesabı ilə məğlub edib.
- Vladimir Dimitrovski: “Qarabağ”ın turu keçmək şansı 50 faizdir" - Müsahibə
- Gəncədə III MDB Oyunlarının geri sayım mərasimi keçirilib - FOTO
- Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı olacaq
- "Barselona" "Yuventus"un futbolçularına elçi düşdü
- Yuri Maksimov: “Oyuna nəzarət edə bilmədik”