“Fənərbaxça” Premyer Liqa klubunun hücumçusu ilə maraqlanır
09.05.2025 - 14:56

“Brentford”un hücumçusu Yoane Vissa karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” konqolu futbolçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Yeni mövsümdə Çempionlar Liqasında iştirak edəcək “sarı-lacivərdlilər” heyətini yeni forvardla gücləndirmək istəyir və əsas namizəd Vissadır.
Hücumçu bu mövsüm 33 oyunda 16 qol vurub, 3 məhsuldar ötürmə edib.
0
0