"Əl-Hilal"ın futbolçusu Sergey Milinkoviç-Saviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" serbiyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi 30 yaşlı orta xətt oyunçusunu yanvar ayında heyətinə qatmaq istəyir. Təcrübəli futbolçunun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
Qeyd edək ki, "Əl-Hilal" Sergey Milinkoviç-Saviçi 2023-cü ilin yayında "Latsio"dan transfer edib. Serbiya millisinin üzvü bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol və 1 məhsuldar ilə yadda qalıb.
- Rail Məlikov: “Klublarında oynamasalar da, onları yığmadan silmək lazım deyil”
- Kurban Berdıyev: “VAR həmin epizodda ofsayd xəttini göstərmədi”
- Karateçilərimiz Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər
- Bir Əfsanənin Faciəsi: "Böyük Torino"nun Son Uçuşu"
- “İnter”də yeni müqavilə: DİMARKO KLUBDA QALACAQ