Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərmələrlə bağlı qərarları açıqlayıb.
Apasport.az xəbər verir ki, açıqlamada "Fənərbaxça" və "Trabzonspor"un 400 min TL cərimə olunduğu bildirilib.
Qeyd olunub ki, "Fənərbaxça"nın prezidenti Ali Koç və "Trabzonspor"un prezidenti Ərtoğrul Doğan 39 min TL cərimə olunub.
Qeyd edək ki, Superliqanın 39-cu həftəsinin "Trabzonspor"-"Fənərbaxça" qarşılaşmasından sonra "sarı-lacivərdlilər" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər.
- Rəşad Əzizli: “Milliyə dəvət edilməsəm də, heç vaxt həvəsdən düşməmişəm” – Müsahibə
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- “Neftçi” transferini reallaşdırdı: KLİSMANLA MÜQAVİLƏ İMZALANDI
- Ali Koç TFF-nin inzibati binasına yollanır
- Cəlal oynadı, komandası Bolqarıstan kubokunda mərhələ adladı