"Fənərbaxça"da 5 itki
27.11.2024 - 16:13
"Fənərbaxça" UEFA Avropa Liqası Liqa fazasının 6-cı turunda səfərdə "Slaviya"nın qonağı olacaq.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi vacib oyuna ciddi itkilərlə çıxacaq. 5 futbolçu müxtəlif səbəblərdən Praqaya aparılmayıb.
Müdafiəçilər Çağlar Söyüncü və Ceyden Ostervold zədəlidir. Yarımmüdafiəçilər Sofian Amrabat ilə Mert Hakan Yandaş xəstəlik səsəbindən komandaya kömək edə bilməyəcək. Digər müdafiəçi Rodriqo Bekao isə cəzalı durumdadır.
Qeyd edək ki, "Slaviya" - "Fənərbaxça" qarşılaşması 29 noyavbr tarixində Bakı vaxtilə saat 00:00-da start götürəcək.
- İslam Oyunları: İdmançılarımız 6 növdə mübarizə aparacaqlar
- Rövnəq Abdullayev: “Qarabağ”ın avrokubokadakı uğurlu çıxışı sevinc hissi yaşatdı”
- Mbappe PSJ-yə qarşı məhkəməni uduzdu, xərcləri ödəməlidir
- La Liqa: “Barsa” və “Atletiko” turu qələbə ilə başa vurub
- "Real" Mbappe ilə bağlı təcili iclas keçirib
0
0