"Fənərbaxça"da ayrılıq
16.01.2024 - 19:41

"Fənərbaxça" futbolçusu Umut Nayiri icarəyə göndərib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli hücumçu mövsümün sonuna qədər Superliqa təmsilçisi "Pendikspor"da oynayacaq.
30 yaşlı futbolçu bu mövsüm "bülbüllər"in heyətində 13 matçda meydana çıxıb.
Türkiyə millisində də 4 oyuna çıxmış Umut 1 qol vurub.
Qeyd edək ki, forvard karyerası ərzində “Ankaragücü”, “Osmanlıspor”, “Yeni Malatyaspor”, “Göztəpə”, “Beşiktaş”, “Bursaspor”, “Hayduk”, “Giresunspor”, “Eyüpspor”, “Ümraniyespor” komandalarında oynayıb.
- Alleqri “Mançester Yunayted” yolunda
- Bəhlul "Qarabağ"ın müqavilə təklifini qəbul etmir - ÖZƏL
- “Neftçi”nin baş məşqçisi ferma açmasının səbəbini açıqladı
- Konfrans Liqasında II təsnifat mərhələsinə start verilib
- Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb
0
0