"Fənərbaxça"da daha bir ayrılıq
03.02.2024 - 23:13
!["Fənərbaxça"da daha bir ayrılıq](https://ww3.apasport.az/storage/news/2024/february/03/big/65be92d3a5a1965be92d3a5a1a170698824365be92d3a5a1765be92d3a5a18.jpg)
Daha bir futbolçu “Fənərbaxça”nı tərk etməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, Linkoln Enrike vətəninə geri dönə bilər.
Braziliyalı hücumameyilli yarımmüdafiəçi “Braqantino” klubuna gedir.
İddialara görə, 25 yaşlı futbolçu 4 aylıq icarə keçidinə razılaşıb. “Braqantino” mövsümün sonunda 6 milyon avro ödəyərək, orta xətt oyunçusunun hüquqlarını ala da bilər.
Oyunçunun yaxın günlərdə İstanbuldan ayrılması gözlənilir.
Qeyd edək ki, 2022-ci ilin iyulunda “Fənərbaxça”ya qatılan Linkoln bu mövsüm zədədən əziyyət çəkdiyi üçün cəmi bir matçda iştirak edib.
0
0