2018-2019 mövsümündən bəri “Fənərbaxça”nın şərəfini qoruyan Serdar Aziz komandası ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” rəsmi məlumat yayaraq, futbolçunun düşərgəni tərk etdiyini, ona transfer danışıqları üçün icazə verildiyini bildirib.
Serdar Aziz komandanın düşərgəsini tərk etməzdən əvvəl Joze Mourinyo ilə də görüşüb. Portuqaliyalı mütəxəssis onun gedişi üçün yaşıl işıq yandırıb.
Qeyd edək ki, 33 yaşlı futbolçu bu günə qədər “Fənərbaxça”da 135 oyun keçirib, 11 qol və 6 qol ötürməsi ilə yadda qalıb. Serdar Aziz passivinə 42 sarı, 2 qırmızı vərəqə də yazdırıb.
- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Ülvi İsgəndərov: “Neftçi” ilə matçda yaxşı futbol oynayaraq qalib gəldik” - MÜSAHİBƏ
- "Kəpəz" 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
- "İnter"in transfer hədəfi "Beşiktaş" yolunda
- "İmişli" FK - Məqsədi, məramı, mənası olmayan klub, işbilməzlər