Türkiyə millisinin üzvü Cenk Tosun hələ də gələcəyi ilə bağlı son qərarı verməyib.
Apasport.az xəbər verir ki, Avro-2024 sonrası tətilə çıxan 33 yaşlı futbolçu “Fənərbaxça” ilə razılaşa bilər.
Türkiyə mediası iddia edir ki, hücumçu “Fənərbaxça” ilə maddi məsələlərdə razılaşıb. Cenk əvvəlcə “Beşiktaş”la görüşəcək, əgər istədiyi şərtlər qarşılanmazsa, digər İstanbul klubunu seçəcək.
Cenk Tosun 1 ilə yaxındır, “Beşiktaş”la yeni müqavilə üçün görüşlər keçirir. İndiki məqamda “ağ-qaralar”la razılaşa bilməsə, “Fənərbaxça”ya keçidi reallaşa bilər.
Qeyd edək ki, ötən mövsüm 47 oyunda meydana çıxan Tosun 11 qol vurub, 5 qol ötürməsi verib.
- "Milan"da baş məşqçi postuna yeni namizəd
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
- Sabah Fernandu Santuşun mətbuat konfransı keçiriləcək
- "Fənərbaxça" Futbol A.Ş.-də yeni idarə heyəti – Mahmut Uslu klubdakı vəzifəsini davam etdirəcək
- De Byazi: "Azərbaycan tarixdə ilk dəfədir ki, 4-cü pillədədir"