"Fənərbaxça"dan Stefan Saviçə TƏKLİF
02.01.2024 - 14:51
!["Fənərbaxça"dan Stefan Saviçə TƏKLİF](https://ww3.apasport.az/storage/news/2024/january/02/big/6593c77ab4fcd6593c77ab4fce17041836746593c77ab4fcb6593c77ab4fcc.jpg)
"Fənərbaxça"nın müdafiəçi transferi üçün ilk seçimi "Atletik"dən Stefan Saviç olub.
Apasport.az "Sabah"a istinadla xəbər verir ki, "sarı-göylülər" monteneqrolu futbolçu üçün rəsmi təklif göndərib.
"Fənərbaxça" rəhbərliyi Saviç üçün 2 illik müqavilə təklif edir. Təcrübəli futbolçunun bu təklifə müsbət baxdığı, ancaq 3 milyon avro maaş tələb edəcəyi bildirilib.
Qeyd edək ki, İstanbul nəhənginin transfer siyahısında "Tottenhem"dən Erik Dayer və "Atletiko"dan türkiyəli futbolçu Çağlar Söyüncü də var.
0
0