"Fənərbaxça"dan Tadiç qərarı
05.11.2024 - 11:14

Süper Liqa təmsilçilərindən "Fənərbaxça"nın ötən mövsümün əvvəlində 2 illik müqavilə imzaladığı Duşan Tadiçin müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq.
Apasport.az "Sözcü"yə istinadla xəbər verir ki, "sarı-göylər"in rəhbərliyi Tadiçlə mövsümün sonunda başa çatacaq müqaviləni fasilədə uzatmağı planlaşdırır.
Rəhbərlik serb futbolçuya yeni 1+1 illik müqavilə təklif edəcək.
Bu mövsüm "sarı-göylü" forma ilə 17 matçda forma geyinən Duşan Tadiç 6 qol vurub, 7 məhsuldar ötürmə edib.
- “Qalatasaray” öz meydanında uduzdu, “Mançester Yunayted”dən ilk qələbə
- Belarusla oyunumuzda nəyə ümid edək? – TENDENSİYALAR
- Türkiyədə yay transfer dönəmi başa çatıb
- “Sürix”in müdafiəçisi: “Qarabağ”a qarşı döyüşməliyik”
- “Araz-Naxçıvan”ın kapitanı: “100-cü oyunumu keçirdiyimi bu gün dostlarımdan öyrəndim”
0
0