"Fənərbaxça"nın əfsanə futbolçusu klubdan ayrıldı
19.09.2024 - 12:33
!["Fənərbaxça"nın əfsanə futbolçusu klubdan ayrıldı](https://ww3.apasport.az/storage/news/2024/september/19/big/66ebdfc2913de66ebdfc2913df172673427466ebdfc2913dc66ebdfc2913dd.jpg)
Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın əfsanə futbolçusu Semih Şentürk klubdan ayrılıb.
Apasport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Keçmiş futbolçu 2023-cü ildən "Fənərbaxça"nın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, Semih Şentürk futbolçu kimi 2001-2013-cü illər aralığında İstanbul klubunda çıxış edib. "Nöbetçi golcü" ləqəbli Semih bu müddət ərzində 205 matçda meydana çıxıb, 56 qol vurub.
0
0